“Rusiya silahları qarşısında diz çökən deyilik”

7 Mart 2014 19:44 (UTC+04:00)
"Rusiyanın bizi hədələməsi, Krıma ordu korpusu yeritməsi bizi qorxutmur. Ukrayna ərazi bütövlüyünü müdafiə edəcək. Xalq bir mövqedədir. Biz Rusiya silahları qarşısında diz çökən deyilik".

Modern.az xəbər verir ki, bunu mətbuat açıqlamasında Ukrayna Millilətçiləri Konqresinin Vinnitsa şəhər təşkilatının sədri Vyaçeslav Berezovski bildirib. Onun sözlərinə görə Rusiyanın Ukrayna ilə diplomatik əlaqələri kəsməsi artıq müharibə astanası deməkdir.
" Biz ukraynalıyıq və lazım gələrsə, milli suverenliyimizi müdafiə edəcəyik"-deyə o, bildirib.


AzNews.az