ABŞ-ın hərbi gəmisi Qara dənizə yollanıb

7 Mart 2014 20:27 (UTC+04:00)
ABŞ-ın hərbi gəmisi Bosfor boğazından keçərək, Qara dənizə doğur irəliləyir.

Lent.az-ın "gazeta.ru"-ya istinadən məlumatına görə, bu haqda "Frans press" xəbər yayıb.

Agentliyin fotoqrafı bildirib ki, ABŞ hərbi dəniz donanması raket daşıyan gəmisini sahil –mühafizə xidməti müşayiət edir.

Bir müddət öncə Amerika Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi bildirmişdi ki, ABŞ-ın hərbi gəmiləri Rumıniya və Bolqarıstanın hərbi –dəniz qüvvələri ilə birlikdə təlim keçmək üçün Qara dənizə yollanıb. O, gəminin bölgəyə göndərilməsinin Ukraynadakı olaylarla əlaqəsi olmadığını vurğulamışdı.


AzNews.az