Soçidə Paralimpiya oyunlarının açılışı başladı

7 Mart 2014 20:56 (UTC+04:00)
Soçidəki "Fişt" stadionunda Paralimpiya oyunlarının açılışı başlayıb.

Mərasim "Buzu sındırarkən" adlandırılıb. Paraddan sonra paralimpiya məşəlinin yandırılması mərasimi keçiriləcək.

Paralimpiya oyunları martın 16-na kimi davam edəcək. Oyunlarda 45 ölkənin idmançıları iştirak edəcək. Ümumilikdə 5 idman növündə 72 medal komplekti oynanacaq ("Apasport.az").