ATƏT ekspertlərini yenidən Krıma buraxmayıblar

7 Mart 2014 21:07 (UTC+04:00)
Bir qrup Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ekspertlərini yenidən Krıma buraxmayıblar.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın mətbuat katibi Keti Berton bildirib.

Bundan əvvəl ATƏT Krıma Ukrayna hökumətinin dəvəti ilə 40 hərbi və mülki şəxs göndərib. Lakin naməlum şəxslər onları Krım ərazisinə buraxmayıblar. Hazırda ATƏT-i təmsil edən 28 ölkənin 52 nümayəndəsi Ukraynadadı.


AzNews.az