Ərdoğan: “Krım tatarlarını darda qoymayacağıq”

7 Mart 2014 22:15 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Krım tatarlarını darda qoymayacağını bildirib.

UNİAN- ın verdiyi məlumata görə, R.T. Ərdoğan V. Putinlə Ukraynada baş verən böhran, xüsusi ilə də son hadisələrin yaşanması ətrafında müzakirələr apardığını deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə Krım tatarlarının hüquqlarının qorunmasına dəstək verəcək. "Ona dedim ki, Rusiya rus çoxluğu və digər azlıqların hüquqlarını qoruduği kimi Krım tatarlarının da hüquqlarını təmin etməlidir", deyə Ərdoğan bildirib.


AzNews.az