Hava Limanında dava: polisi döyüb, xəstəxanalıq etdilər

8 Mart 2014 08:56 (UTC+04:00)
Martın 6-da Heydər Əliyev Beynəlxalq Hava Limanında kütləvi dava düşüb. AzNews.az xəbərinə görə, Hava Limanının Naxçıvan zalında bir neçə naxçıvanlı ərazidə xidmət aparan polis əməkdaşını döyüblər. Polis ağır bədən xəsarəti alıb və dərhal xəstəxanaya aparılıb. Hazırda hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Hadisənin təfərrüatları, hadisəni törədənlər və zərərçəkmiş barədə əlavə məlumat verəcəyik.

Azər
AzNews.az