26 saylı məktəbdə faciə: şagird bıçaqlandı

8 Mart 2014 11:20 (UTC+04:00)
AzNews.az xəbər verir ki, dünən Bakının Xəzər rayonu ərazisində yerləşən 26 saylı orta məktəbdə bıçaqlanma qeydə alınıb.

Xəzər Rayon Prokurorluğundan daxil olan məlumata görə, XI sinif şagirdi 16 yaşlı Samray Hümbətzadə bıçaqlanıb.

Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Hələlik şagirdin kim tərəfindən bıçaqlandığı bəlli deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az