Abituriyentlərin qeydiyyatı başlandı

27 Avqust 2012 07:32 (UTC+04:00)
Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatına başlanılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzNews.az-a verilən məlumata görə, qeydiyyat sentyabrın 5-dək davam edəcək.

Abituriyentlər bu müddətdə sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrindəki 1921 vakant yerə 451 nəfər, orta ixtisas təhsili müəssisələrinin (11 illik bazadan) 8727 plan yerinə 8527 nəfər qəbul olub.

AzNews.az