Prezident Ali Hərbi Məktəbin rəisinə rütbə verdi

8 Mart 2014 16:03 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İlqar Məmmədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi İlqar Aydın oğlu Məmmədova general-mayor hərbi rütbəsi verilsin.

AzNews.az