ATƏT ekspertləri yenə Krıma buraxılmadılar

8 Mart 2014 21:16 (UTC+04:00)
ATƏT ekspertləri yenə Krıma buraxılmayıb.

Krımın separatçı baş naziri, haqqında həbs qərarı çıxarılmış Sergey Aksyonov ATƏT nümayəndələrinin Krıma dəvətnaməsiz gəldiklərini və onların gəlişi barədə məlumatlı olmadıqlarını bildirib.

Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qrupa 29 ölkədən hərbi və mülki ekspertlər daxildir. ATƏT katibi Keti Berton bəyan edib ki, Ukrayna hökuməti onlara dəvətnamə göndərsə də, missiya Krım ərazisinə buraxılmayıb.

AzNews.az