“Qalatasaray“ rəqibini darmadağın etdi - 6-1 VİDEO, FOTO

8 Mart 2014 22:27 (UTC+04:00)
Bu gün futbol üzrə Türkiyə Superliqasının növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, İstanbulun "Qalatasaray" futbol klubu Türk Telekom stadionunda "Akhisar Bələdiyyəsi" komandasını qəbul edib. Gərgin keçən oyunda sarı-qırmızılılar rəqibini darmadağın edib. "Qalatasaray"ın futbolçusu Didye Droqba 13-cü dəqiqədə topu tora qovuşduraraq qol yağışının açılışını edib. Daha sonra Alex Teres hesab arasındakı fərqi 2-yə çatdırıb. Matçın 48-ci dəqiqəsində isə Droqba dubla imza ataraq hesabı 3:0-a çatdırıb. Oyunun birinci hissəsi bu hesabla da başa çatıb. İkinci hissədə isə sarı-qırmızılılar yenidən 3 dəfə fərqlənib. "Akhisar Bələdiyyəsi" klubu bir dəfə fərqlənə bilib. Oyun 6:1 hesabı ilə başa çatıb.



AzNews.az