Ukrayna Krıma qatar reyslərini dayandırıb

9 Mart 2014 20:54 (UTC+04:00)
Ukrayna Dəmir Yolları Krıma qatar reyslərini dayandırıb.

APA TV-nin xəbərinə görə, Kiyevin ən böyük nəqliyyat şirkətinin məlumatına görə, hazırda bu günə və sabaha satılan biletlərin sayı dəqiqləşdirilir. Məlumatda qeyd edilib ki, hazırda Kiyevdəki dəmir yol vağzalının kassalarında da Simferopol və Sevestopola olan 60 biletin satışına qadağa qoyulub. Məsələyə münasibət bildirən Krım Muxtar Respublikası baş nazirnin birinci müavini Rüstəm Temirgaliev, "İnterfaks" agentliyinə açıqlamasında xəbəri təsdiqləyib. "Biz krımlılar üçün Krım-Kuban körpüsü açılacaq".

Qeyd edək ki, Ukraynada baş verən hadisələrin fonunda Krım rəsmi Kiyevlə əməkdaşlıqdan imtina edir.

Bu arada Rusiya hərbçiləri Perekop bərzəxində hərbi postlar qurur. Rusiya artıq Avrasiya materiki ilə Krımı birləşdirən bərzəx boyunca hərbi postlar qurub. Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti Administrasiyasından məlumat veriblər.

Məlumatda bildirilib ki, ötən gün Krımın dövlət sərhədlərini və sərhəddə yerləşən rayonları mühafizə edən təyyarə bu ərazilərdə Rusiya hərbi qulluqçularının çoxlu sayda hərbi postlarını aşkar edib. Həmin hərbi postlardan təyyarəyə atəş açıldığı da bildirilib.

AzNews.az