Nərmin Hüseynlini xilas etmək mümkün olmadı

10 Mart 2014 21:28 (UTC+04:00)
Bir həftə əvvəl Türkiyəyə, İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan Nərmin Hüseynli vəfat edib.

Bu barədə mərhumun yaxınları fasebook sosial şəbəkəsində məlumat paylaşıblar.

Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilmişdi. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanmışdı.

İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər. Bu gün alınan acı xəbərdən anlaşılır ki, həkimlərin onun həyatını xilas etmək cəhdləri uğursuz olub.

Xatırladaq ki, N.Hüseynli leykemiyadan, qan xərçəngindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.