Zakir Həsənov baş zabiti vəzifədən uzaqlaşdırdı

10 Mart 2014 22:13 (UTC+04:00)
Müdafiə Nazirliyində kadr dəyişikliyi olub. AzNews.az xəbər verir ki, nazir Zakir Həsənovun əmri ilə nazirliyin Mətbuat Xidmətinin baş zabiti, polkovnik-leytenant İsa İsmayılovu vəzifəsindən azad edib.
Məlumata görə, onun vəzifədən kənarlaşdırılması gözlənilməz olub.

Qeyd edək ki, İsa İsmayılov 18 il "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru olub. Sabiq nazir Səfər Əbiyev vəzifəsindən azad olunmamışdan 4 ay əvvəl onu bu postdan uzaqlaşdıraraq, kiçik vəzifəyə təyin etmişdi.
Zakir Həsənov isə vəzifəsinin icrasına başlayan kimi onu mətbuat xidmətində vəzifə ilə mükafatlandırmışdı.

Azər
AzNews.az