Bakıda çoxmərtəbəli avtomobil dayanacağı tikilir - FOTO

11 Mart 2014 09:43 (UTC+04:00)


Hər gün Nizami rayonudakı Qara Qarayev prospektində - "Körpü" ticarət mərkəzindən "Neftçilər" metrosuna qədər olan ərazidə tıxaclar müşahidə olunur. İkinci və üçüncü cərgədə avtomobillər bu vəziyyəti daha da ağırlaşdırır.

Təəssüflər olsun ki, yolun bu hissəsində heç bir parkinq yeri yoxdur. Burada çoxsaylı obyektlər, ticarət mərkəzləri, bazar, mağazalar və s. yerləşib. Amma yaxın zamanlarda parkinq probleminə son qoyulacaq. Heydər Əliyev parkının yanında çoxmərtəbəli parkinq tikilir.

Day.az bildirir ki, 6 mərtəbədən ibarət olacaq binanın hündürlüyü 21,3 metr, uzunluğu 57,6 metr, eni isə 41,4 metr təşkil edir.

Parkinqin inşasına 2013-cü ilin aprel ayından başlanılıb.

Nizami Rayon İcra Hakimiyyətindən bildiriblər ki, parkinq təxminən 200 avtomobil üçün nəzərdə tutulub. Tikinti işləri bu il başa çatdırılacaq.(milli.az)