Şəmsəddin Hacıyev nazir müavini təyin ediləcək?

11 Mart 2014 10:20 (UTC+04:00)
İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev nazir müavini təyin edilə bilər.

Bu barədə azadliq.info xəbər yayıb. Xəbərdə bildirilir ki, redaksiyaya daxil olan məlumatda bildirilir ki, Şəmsəddin Hacıyevin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müavin postuna təyin ediləcəyi gözlənilir.

Yeri gəlmişkən, bu nazirlik əvvəl Rabitə və Informasiya Texnologiyaları Nazirliyi adlandırılırdı. Ölkə başçısı Ilham Əliyev bu günlərdə yeni nazirliyin yaranması barədə sərəncam verdi. Bəlli oldu ki, sadəcə Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin adında dəyişiklik edilib.

Bu qurumun rəhbəri isə Şəmsəddin Hacıyevlə dostluq münasibətləri olan Əli Abbasovdur. Xatırladaq ki, Əli Abbasov nazir olmamışdan əvvəl Iqtisadi Universitetinin rektoru vəzifəsində çalışıb. Şəmsəddin Hacıyevin rektor təyin olunması isə məhz onun təqdimatı əsasında baş tutub.

AzNews.az