Xızıda maşın aşdı: ölən və yaralananlar var

11 Mart 2014 12:57 (UTC+04:00)
Xızı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 10-da saat 21 radələrində Xızı rayonu Tıxlı kəndinin ərazisində Salyan şəhər sakini Müslüm Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb.

M.Hüseynov hadisə yerində ölüb. Onun sərnişinləri - Abşeron rayon sakini Fəxri Tağıyev, Ruslan Həşimov və Sumqayıt şəhər sakini Ramil Rzayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az