Komitə sədri vətəndaşları qəbul edəcək- Xaçmazda

11 Mart 2014 13:51 (UTC+04:00)
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov mart ayının 13-də, saat 12:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət evində vətəndaşları qəbul edəcək.

DQDİK-nın Mətbuat Xidmətindən daxil olan məlumata görə, qəbulda Xaçmaz rayonu ilə yanaşı Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri də iştirak edə bilərlər. Qəbula yazılmaq üçün Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etmək lazımdır.

AzNews.az