Tağı Əhmədovun xanımı onun səhhətindən danışdı

11 Mart 2014 15:54 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli martın 11-də metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı haqda məlumatlara və həmin keçidlərdə ticarətlə məşğul olan şəxslərin keçirdiyi aksiyaya qısa münasibət bildirib.

S.Əhmədli Publika.Az-a açıqlamasında sözügedən aksiya barədə danışmaq istəmədiyini söyləyib: "Mən bu barədə heç bir söz deyə bilmərəm, heç bir məlumatım yoxdur".

Həyat yoldaşı Tağı Əhmədovun fəaliyyətinə də toxunan S.Əhmədli deyib: "Tağı Əhmədov hazırda məzuniyyətdədir, o metroda deyil. İşə 2 aydan sonra çıxacaq. Hazırda Tağı Əhmədov istirahət edir, özü də, səhhəti də yaxşıdır".

Xatırladaq ki, bəzi KİV-lərdə sökülən obyektlərin Tağı Əhmədova yaxın şəxslərə məxsus olduğu iddia edilmişdi.

AzNews.az