Ruslar musavat rəsmilərini Krıma buraxmadı - VİDEO

11 Mart 2014 19:22 (UTC+04:00)
Krıma dəstək üçün yola çıxan Müsavat partiyasının nümayəndələrini dünən Dağıstan milisi saxlayaraq Azərbaycana geri göndərib. Bu gün həmin şəxslər mediya qarşısına çıxaraq olanlara aydınlıq gətiriblər.

Müsavat partiyası icra aparatının rəhbəri, başqan müavinləri Arif Hacılı və Gülağa Aslanlı Ukraynaya gedərkən saxlanılaraq geri qaytarılması məsələsinə aydınlıq gətiriblər.

Arif Hacılı martın 9-da Ukraynaya Krim tatarlarına kömək məqsədilə getdiklərini açıqladı.

Müsavat Partiyası başqanının müavini Arif Hacılı deyir ki, ilk dəfə belə yoxlama görüb.

"Bizə dedilər təyyarə ilə gəlməyin, sizi hava limanından qaytaracaqlar, maşınla getməyi də məsləhət görmədilər. Gəmilərin də getməsinə qadağa qoyulub. Ona görə biz qatarla getdik. Niyə getdiyimiz haqda heç bir mətbu orqanda məlumat da verməmişdik, amma onlar bizi yoxladılar. Biz demişdik ki, Gulağa müəllimin oğlu Ukraynada oxuyur, biz onun yanına gedirik, amma onlar bizim ad familiyamızı yoxlayandan sonra kim olduğumuzu bildilər və bizi qaytardılar".

Amma bütün çətinliklərə rəğmən müsavatçılar yenidən Krıma, ordakı müsəlmanların köməyinə getməyə cəhd edəcəklərini bildirdilər.(ANS TV)

)