1 trilyon sərvətdən istifadə edə bilməyən ölkə

11 Mart 2014 21:38 (UTC+04:00)
Əfqanıstan adambaşına düşən milli gəlirə görə dünyada 173-cü yerdədir. Bu ölkədə adambaşına milli gəlir 683 dollar təşkil edir.

ANS PRESS-in məlumatına görə, Pentaqon bildirir ki, Əfqanıstanda 1 trilyon dollardan artıq təbii sərvətlər ehtiyatı var, lakin Əfqanıstan hökuməti bundan istifadə edə bilmir.

"Çünki, hazırda Əfqanıstanda dəmir yolu xətləri bərbad gündədir. Sonuncu dəmir yolu xətti 2011-ci ildə çəkilib. Onun da uzunluğu 75 kilometrdir. Halbuki, xətlərin uzunluğu ən azı 3500 kilometr olmalıdır. Xam nefti daşımaq üçün təbii ki, dəmir yolu xətləri çəkmək lazımdır", deyə Pentaqonun açıqlamasında bildirilir.
Açıqlamaya görə, hazırda Əfqanlstanda külli miqdarda dəmir, mis, təbii qaz və neft yataqları mövcuddur: "Bu təbii sərvətlərin həcmi hazırda Əfqanıstanın 18 milyard dollarlıq iqtisadiyyatından, təxminən 100 dəfə çoxdur".

AzNews.az