Dəhşətli görüntülər! Sifətsiz adam – VİDEO

27 Avqust 2012 10:03 (UTC+04:00)
Portuqaliyalı Joze Mestreni sifətsiz adam adlandırırlar. AzNews.az-ın Merkez.az-a istinadən verdiyi məlumata görə, o, 35 ildir sifətindəki iri törəmə ilə yaşayır və bu, onun həyatını cəhənnəm əzabına çevirib.

5 kiloqramlıq şiş üzündən Jazenin bir gözü tutulub, nəfəs almaqda çətinlik çəkir, qida qəbul etməsi demək olar ki qeyri-mümkündür. Onu iki dəfə əməliyyat etməyə çalışsalar da, həkimlərin səyləri heç bir nəticə verməyib.

İndi britaniyalı həkimlər ona yeni ümidlər verirlər. Onlar əmindirlər ki, müasir üsullarla aparılan əməliyyatdan sonra portuqaliyalı normal həyata qayıda biləcək.


AzNews.az