Bayramqabağı Gürcüstana axın başlayır

12 Mart 2014 10:30 (UTC+04:00)



Bunu AzNews.az açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

O vurğulayıb ki, müvafiq qurumlar kimi "Azərbaycan Dəmir Yolları" QSC-də Novruz bayramında gücləndirilmiş iş rejimində işləyəcək. Onun sözlərinə görə, hazırda QSC-nin Sərnişindaşıma Departamentində hazırlıq işləri gedir, bütün qatar rəisləri və bələdçilər arasında təlimatlar aparılır.

Həmçinin vaqonlar texniki baxışdan keçirilir və təmizlənməsi istiqamətində işlər aparılır. QSC rəsmisi vurğulayıb ki, artıq bayram günləri ilə əlaqədar bilet satışına da 10 gün qabaq start verilib. O əlavə edib ki, bayram günlərində daxili reyslərdə və Tbilisi istiqamətində sərnişin artımı nəzərə alınmaqla qatarlara əlavə vaqonlar qoşulacaq:

"Hər il bayram günlərində qərb istiqamətində hərəkət edən qatarlarda sərnişin sıxlığı müşahidə olunur. Hazırda isə bayram günləri ərəfəsində Gürcüstana getmək üçün Tiflis istiqaməti üzrə biletlərin satışında fəallıq var. Bütün bunları nəzərə alaraq qatarlara lazimi qədər vaqonlar qoşulması təmin olunacaq".

Amid
AzNews.az