Daha bir general ehtiyata buraxıldı
12 Mart 2014 11:34 (UTC+04:00)
Azərbaycan Müdafiə Nazirliyində xidmət edən daha bir general Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənfaktı təsdiqləyiblər.
AzNews.az