Krıma getmək istəyən azərbaycanlılara XƏBƏRDARLIQ

12 Mart 2014 13:31 (UTC+04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi Krıma səfər etmək istəyən azərbaycanlılara xəbərdarlıq edib. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov anspress-ə açıqlamasında, Krımdakı son gərginlik, gözlənilən iğtişaş və hər hansı silahlı qarşıdurma ilə bağlı azərbaycanlıların bu bölgəyə səfərlərini təxirə salmalarını tövsiyyə edib:

"İş, təhsil, istirahət və ya digər məqsədlərlə Krıma getmək istəyənlərə səfərlərini təxirə salmağı tövsiyyə edirik. Tövsiyyəmiz xüsusən də Azərbaycandan bu muxtar vilayətə getmək istəyənlərədir".

Səfirlik nümayəndəsi Azərbaycandan bu bölgəyə səfər edənləri təhlükəsizlik baxımından səfərlərini təxirə salmağa, zəruri hallarda olmadıqda səfər etməməyə çağırırıb.

AzNews.az