Azərbaycan - Almaniya maliyyə əməkdaşlığı sazişi təsdiq edildi

12 Mart 2014 19:19 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" 2013-cü il noyabrın 28-də Bakı şəhərində imzalanmış Saziş (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilsin".


AzNews.az