Pentaqon Polşaya F16 qırıcıları və 300 hərbçi göndərir

12 Mart 2014 22:46 (UTC+04:00)
Bu həftənin sonunadək ABŞ Polşaya 12 F16 qırıcısı və 300 hərbçi göndərəcək.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Stiv Uorren bəyan edib.

Onun sözlərinə görə, qərar Ukraynada cərəyan edən son hadisələr ilə bağlı qəbul edilib. Hava texnikası və hərbçilər Polşaya ABŞ-ın Avianoda (İtaliya) yerləşən hərbi bazasından yollanacaq.

Öz növbəsində, Polşanın müdafiə naziri Tomaş Semonyak bildirib ki, ABŞ hərbi təyyarələri və hərbçiləri ölkəyə təlimlər keçirmək üçün gəlir.


AzNews.az