Müxalifət Pan Gi Muna müraciət etdi

27 Avqust 2012 11:12 (UTC+04:00)
İran müxaləfətinin fəallari BMT-nin baş katibi Pan Gi Muna müraciət edərək bu ölkəyə səfəri çərçivəsində siyasi məhbuslarla görüşməsini tələb ediblər.

İran müxalifətinin lideri Mir Hüseyn Musəvinin müşaviri Ərdəşir Əmir Ərcümənd və bir neçə müxalif siyasi qrupun nümayəndəsinin baş katibə ünvanladığı məktubda İranda siyasi müxalifət liderlərinin ev həbsində saxlanıldığı bildirilir və Pan Gi Mundan onlarla görüşməsi tələb edilir.

AzNews.az-ın "Kələm"ə saytına istinadən verdiyi məlumata görə, İranda siyasi müxalifətin liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvi heç bir məhkəmə qərarı olmadan qanunsuz olaraq ev həbsində saxlanılırlar. Onların yaxınları ilə bütün əlaqələrinin kəsildiyi bildirilir.
Qeyd edək ki, Pan Gi Mun İrana avqustun 29-da səfər edəcək.

Alpər
AzNews.az