“Qanun“un Facebook səhifəsi ələ keçirildi

13 Mart 2014 09:54 (UTC+04:00)
"Qanun" nəşrlər evinin Facebook səhifəsinin admini Nihal Əhmədovanın e-mail ünvanı və Facebook profili ələ keçirilib.

Bu barədə nəşriyyatdan yayılan press-relizdə bildirilir.

Qeyd olunur ki, bu, "Qanun" ətrafında baş verən hadisələrin bir tərkib hissəsidir.

Nəşriyyat bildirir ki, əgər N.Əhmədovanın adından Facebook və ya e-mail vasitəsilə hər hansısa bir məlumat paylaşılarsa, bunun məsuliyyəti "Qanun"u 150 min manat cərimələyən vergi orqanlarının üzərindədir.

AzNews.az