Xalq artisti Zaurun verilişini yarımçıq tərk etdi- Foto

13 Mart 2014 10:04 (UTC+04:00)
Xalq artisti Məleykə Əsədova ATV telekanlında yayımlanan "Ümid var" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, verilişdə bir kişinin həyat yoldaşının ona yaxın dostu ilə xəyanət etməsi müzakirə olunub. Aktrisa xəyanətin görüntüləndiyi videoya baxanda özündən çıxıb. O, ayağa qalxaraq, verilişin aparıcısı Zaur Baxşəliyevə bunları deyib:

"Zaur, xahiş edirəm, məni bu cür mövzu olanda efirə çağırma. Bizim mentalitetimiz var. Belə görüntüləri cəmiyyətə yaymaq lazım deyil. Burada birinci təqsir kişinin özündədir. Əsəbdən bədənim əsir".

Bu sözlərdən sonra Məleykə Əsədova efiri tərk edib.

AzNews.az