BMT-də Ukraynanı dəstəkləyən qətnamə hazırlanır

13 Mart 2014 10:46 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurasında Ukraynanın ərazi bütövlüyünün tanınması və Krımda keçirilən referendumu pisləyən qətnamənin qəbuluna hazırlıq gedir.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, qətnamənin qəbuluna Rusiyanın veto qoyacağı da istisna edilmir.

Məlumatda o da qeyd olunub ki, yaxın günlərdə Ukrayna Rusiyanın Krımı işğal etməsinə münasibət bildirməsi tələbi ilə BMT Baş Assambleyasına da müraciət etməyi də planlaşdırır.

Xatırladaq ki, bu gün BMT Təhlükəsizlik Şurasının növbəti iclası Ukrayna hadisələrinə həsr ediləcək. İclasda ABŞ-da səfərdə olan Ukraynanın baş naziri Arsen Yasenyuk çıxış edəcək.

Məhəmməd
AzNews.az