NATO Ukraynanın müdafiə imkanlarına sərmayə qoyacaq

13 Mart 2014 11:40 (UTC+04:00)

NATO Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində tədbirlərə başlayacaq.

AzNews.az-ın məlumatına görə, bununla bağlı qərar NATO-Ukrayna birgə işçi qrupun ötən gün keçirilən görüşündə əldə olunub.

İclasda Ukraynanın ərazi bütövlüyünün NATO tərəfindən dəstəkləndiyi də qeyd olunub və Rusiyanın Krımla bağlı siyasəti tənqid edilib. Toplantıda əməkdaşlığın genişləndirilməsinin konturları da müəyyənləşdirilib.

AzNews.az