Azərbaycanda dağ yəhudilərinin muzeyi açılacaq

13 Mart 2014 12:49 (UTC+04:00)
Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) Azərbaycandakı bölməsinin rəhbəri Semyon İxiilovun Quba rayonundakı Qırmızı Qəsəbəyə səfər edib.

ANS PRESS-in məlumatına görə, Semyon İxiilov Qırmızı Qəsəbəyə səfərinin əsas məqsədi Cənubi Qafqazın bu nadir yəhudi məskənində dağ yəhudilərinin dünyada ilk muzeyinin yaradılmasıdır.

Muzeyi Qırmızı Qəsəbədəki altı günbəzli tarixi sinaqoqda açmaq nəzərdə tutulur. Hazırda binanın yenidənqurulması işləri davam etdirilir. İibadət mərasimləri qəsəbənin mərkəzindəki tarixi sinaqoqda keçirilir.

Semyon İxiilov yaxın vaxtlara qədər muzey ekspozisiyasının tərtibatının muzeyin təşkil edilməsi üçün ciddi problem olduğunu bildirib: "Lakin STMEQİ fondu yəhudi ailələrindən qarşılıqlı faydalı şərtlərlə tarixi dəyər kəsb edən və muzeyin eksponatları ola biləcək müxtəlif əşyaların və sənədlərin alınması barədə qərar qəbul edib. Dağ yəhudilərinin dünyada ilk muzeyinin yaradılması ideyasını hərtərəfli dəstəkləyən Qırmızı Qəsəbə sakinləri bu xəbəri böyük məmnunluqla qarşılayıblar".

AzNews.az