Krımlılar Rusiya universitetlərinə imtahansız qəbul olunacaq

13 Mart 2014 14:16 (UTC+04:00)
Krım orta məktəblərinin məzunları Rusiya universitetlərinə imtahansız qəbul ediləcəklər.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, yarmadanın məktəblilərinə Rusiya attestatlarına bənzər sənəd veriləcək.
Muxtar respublikanın Təhsil İdarəsindən bildirilib ki, bu il istisna hal olaraq, Krım məktəblərinin məzunları Rusiyanın bütün universitetlərinə heç bir konkurs olmadan daxil ola biləcəklər.

Qrumdan o da qeyd edilib ki, bu təşəbbüs Rusiya Təhsil Nazirliyi tərəfindən gəlib.

Xatırladaq ki, Krım Muxtar Respublikasının separatçı rəhbərliyi Ukraynada hakimiyyət dəyişikliyindən sonar Rusiyaya birləşməklə bağlı qərar qəbul edib.

AzNews.az