25 il həbsdə olan kriminal avtoritet “Professor” həbs edilib

13 Mart 2014 18:03 (UTC+04:00)
Bakıda "Professor" ləqəbli kriminal avtoritet həbs edilib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, əvvəllər 6 dəfə məhkum olunmuş, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Nizami Həsənovdan 570 qram tiryək götürülüb.

N. Həsənovun kirayədə yaşadığı Xətai prospektindəki mənzilindən isə daha 3 kiloqram 200 qram qurudulmuş marixuana götürülüb.

Polisdən həmçinin bildirilib ki, N. Həsənov kriminal aləmlə yaxınlığı olan şəxslərdəndir. O, 25 il həbs həyatı yaşayıb və kriminal aləmdə "Professor" ləqəbi ilə tanınır.

N. Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


AzNews.az