Eynulla Fətullayev ailəsinin dağılması ilə bağlı danışdı

27 Avqust 2012 12:26 (UTC+04:00)


Hüquq müdafiəçisi, jurnalist Eynulla Fətullayev həyat yoldaşından ayrılıb. Bu barədə məlumatı Publika.az saytı yayıb. Bununla bağlı AzNews.az-ın əməkdaşı Eynulla Fətullayevlə əlaqə saxlayıb. O, bunu iftira adlandırıb: "Bu, mənə qarşı iftiradır. Mən bununla bağlı Facebook statusumda da fikirlərimi açıqlamışam. Bu, əxlaqsızlıq, şərəfsizlikdir. Həmin əxlaqsızlar da məhkəmədə cavab verməli olacaqlar. Mən onların əxlaqsızlığını məhkəmədə sübut edəcəm".

Gültən
AzNews.az