Angela Merkel: “Rusiya cəngəllik qanunları ilə hərəkət edir”

13 Mart 2014 19:01 (UTC+04:00)
Bundestaqda Almaniya kansleri Angela Merkel bildirib. Onun sözlərinə görə, Vladimir Putin XIX əsrin prinsiplərinə görə hərəkət edir.


Merkel Rusiyanın Krımlı özünə birləşdirmək cəhdini beynəlxalq hüququn açıq-aşkar pozulmas və Ukraynanın zəifliyindən istifadə etmək cəhdi adlandırıb. "Rusiya cəngəllik qanunları ilə hərəkət edir", deyə o bildirib.

Almaniya lideri əmindir ki, bu kursun davam etdirilməsi təkcə Ukrayna üçün müsibət olmayacaq: "Bütün Avropa Rusiya təhlükəsini hiss edəcək".

Merkel qeyd edib ki, Aİ sanksiyalar tətbiq etməyə hazırdı, zamanla onlar sərtləşdiriləcək və Rusiya ilə bütün istiqamətlərdə iqtisadi əməkdaşlığa təsir edəcək. Almaniya kansleri qeyd edib ki, Aİ və ABŞ münaqişənin siyasi həllini tapmağa çalışır, bir halda ki, Rusiya Ukrayna ilə əlaqələrdən imtina edir. (TURAN)