Məşhur saytın baş redaktoru işdən çıxarıldı

13 Mart 2014 19:56 (UTC+04:00)
"Lenta.ru"-nun baş direktoru Yuliya Minder də işdən azad edilib.

Lent.az-ın "gazeta.ru"-ya istinadən məlumatına görə, bu haqda o, "facebook" səhifəsində açıqlama verib.

"Dostlar artıq mən də "lenta.ru"-da işləmir, "rambler"-ə heç bir aidiyyətim yoxdur. Həyatımın 15 ilin burada keçib" -deyə, "lenta.ru" yaradılandan, 1999-cu ildən orada işləmiş Minder yazıb.

Xatırladaq ki, matın 12-də "Lenta.ru"-nun baş redaktoru Qalina Timçenko tutduğu vəzifədən çıxarılıb.

Bu qərarı "Afişa-Rambler-SUP" birləşmiş şirkətin yiyəsi Aleksandr Mamut qəbul edib.

AzNews.az