Əfqanıstanda seçki komissiyasının əməkdaşları girov götürülüb

13 Mart 2014 20:44 (UTC+04:00)
Əfqanıstanın Pakistanla həmsərhəd Nanqarhar əyalətində silahlı şəxslər seçki komissiyasının 4 əməkdaşını girov götürərək naməlum istiqamətdə aparıblar.

APA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, Əfqanıstanda prezident seçkiləri aprelin 5-də keçiriləcək. Ölkə Konstitusiyasına görə, Əfqanıstanın hazırkı prezidenti Həmid Kərzay seçkilərdə 3-cü dəfə iştirak edə bilməz.

Qeyd edək ki, bir müddət əvvəl "Taliban" hərəkatı Əfqanıstan vətəndaşlarını şəxsi təhlükəsizlikləri naminə aprelin 5-də seçki məntəqələrinə getməməyə çağırıb.

Hərəkat nümayəndələri hesab edirlər ki, prezident seçkilərinin nəticələri ABŞ tərəfindən əvvəlcədən müəyyənləşdirilib.

AzNews.az