Yanukoviç barəsində 4 cinayət işi başlanıb

13 Mart 2014 21:46 (UTC+04:00)
Ukrayna Ali Radası tərəfindən prezident vəzifəsindən kənarlaşdırılmış Viktor Yanukoviç barəsində 4 cinayət işi başlanıb.

APA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ukrayna baş prokurorunun vəzifəsini icra edən Oleq Maxnitski deyib.


Yanukoviç vəzifə səlahiyyətlərini aşma, dövlət əmlakını mənimsəmə, hakimiyyəti qeyri konstitusiya yolu ilə ələ keçirmə və Rostov Donda keçirilmiş mətbuat konfransında inzibati binaları zəbt etmək kimi çağırışlar etməkdə ittiham olunur.

AzNews.az