Donetskdə kütləvi dava olub
13 Mart 2014 21:54 (UTC+04:00)
Ukraynanın Donetsk şəhərində "avromaydan" tərəfdarları ilə rusiyapərəst fəallar arasında kütləvi dava olub, xəsarət alanlar var.
APA-nın "Novosti Donbassa" saytına istinadən verdiyi xəbərə görə, qarşıdurmada 400-dək insan iştirak edir.
Məlumata görə, qarşıdurmanın başlanmasına rusiyapərəst fəallar səbəb olub.
Hadisə yerinə cəlb olunmuş həkimlər ilk xəsarət alanlara tibbi yardım göstərir.
AzNews.az