Plastik kartdan 1500 manat oğurlandı
14 Mart 2014 09:41 (UTC+04:00)
Bakı sakininin plastik kartından 1500 manat oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da Bakı şəhər sakini Əli Həsənov bankomatda hesabından pul çıxarmaq istəyərkən kartından 1500 manat pulun çıxarıldığını aşkar edib.
Binəqədi RPİ 40-cı PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini Məmmədşah Dadaşov tutulub.
AzNews.az