Artur Rasizadə hesabat verir- Milli Məclisdə

14 Mart 2014 11:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Milli Məclisin növbəti plenar iclası başlayıb.

Parlamentdə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyətinə dair illik hesabatı dinlənilir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Milli Məclisdə hesabat verir. O bildirib ki, hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilib.

İclası açıq elan edən və Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatı barədə məlumat verən spiker Oqtay Əsədov bildirib ki, parlament üzvləri hesabatla ətraflı tanış olublar.

MM sədri qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb.

Daha sonra söz Baş nazir Artur Rasizadəyə verilib.

İclasda hökumət üzvləri də iştirak edirlər.

Bundan əlavə qeyd edək ki, iclasda Cinayət və Cinayət-Prosessual məcəllələrinə, Terrorçuluqla mübarizə haqqında qanun layihələrinə təklif olunan dəyişikliklər də müzakirəyə çıxarılacaq.

AzNews.az