Etirazçı gənclər metroda dava saldı- VİDEO

14 Mart 2014 15:12 (UTC+04:00)
Türkiyədə Gezi parkı aksiyasında yaralanan Berkin Elvan üçün bir qrup gənc toplaşıb. Martın 11-də etiraz etmək üçün yığışan qrupa Kartal-Kadıköy metrostansiyasında hücum ediblər. Vaqonda başlayan dava xeyli müddət davam edib. Metronun mühafizə xidmətinin əməkdaşları hadisəyə müdaxilə etməyiblər. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gələrək gəncləri ayırmağa nail olub. Metroda başqa bir sərnişin tərəfindən lentə alınan görüntüləri təqdim edirik: