“Arpaçay-2”nin tikintisinə 4 milyon manat ayırılıb - Sərəncam

14 Mart 2014 17:56 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən "Arpaçay-2" su elektrik stansiyasının tikintisini başa çatdırmaq üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


AzNews.az