Suriyada 43 nəfər acından öldü

14 Mart 2014 21:14 (UTC+04:00)
Suriyanın paytaxtı Dəməşqin Hacer Esved bölgəsində 43 nəfər aclıqdan ölüb. ANS PRESS-in məlumatına görə, Esved bölgəsi Suriya ordusunun mühasirəsindədir və bölgə aramsız atəş altında saxlanılır.

Bölgədə fəaliyyət göstərən fəalların verdiyi məlumata görə, 8 aydır mühasirədə saxlanılan Hacer Esveddə insanların yeməyə heç nə tapa bilmirlər. Bölgəyə humanitar yardımlar göstərilməsinə də imkan verilmir.

Maraqlıdır ki, bölgədən tarlalara ot yığmaq istəyən şəxslər isə snayperlərin qurbanına çevrilir. Suriya ordusu qida maddələrinin bölgəyə aparılmasına icazə vermir.

AzNews.az