Suriyanın xarici işlər naziri xəstəxanaya düşüb

14 Mart 2014 22:40 (UTC+04:00)
Suriyanın xarici işlər naziri Valid Müəllim Livanın paytaxtı Beyrutdakı xəstəxanalardan birinə yerləşdirilib.

Lent.az-ın "news.sru"ya istinadən verdiyi məlumata görə, bu xəbəri Livan KİV-i yayıb.

Mənbə bildirib ki, ürəyindəki problemlə bağlı V.Müəllim Beyrutdakı ABŞ Universitetinin Tibb Mərkəzində müalicə alır. Nazirin təngnəfəs olduğu və qan təzyiqinin artdığı bildirilir.


AzNews.az