“Rüşvət alan da, verən də, bunu deyən də şərəfsizdir“

14 Mart 2014 22:54 (UTC+04:00)
Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan 19 dekabr rüşvət əməliyyatlarından danışıb.

Musavat.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Mersində seçicilərlə görüşən sabiq nazir Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun onun haqqında hədiyyə saat aldığı barədə iddialarına cavab verib: "Ey Kılıçdaroğlu, hədiyyə saat alan da, verən də, "aldı" deyən də namərddir, alçaqdır, ədəbsizdir".

"Çıxıb utanmadan Türkiyənin baş nazirinə deyir ki, "Bir milyard dolları var", "Zəfər Çağlayana rüşvət verilib". Ey Kılıçdaroğlu, burada sənə təkrar söyləyirəm. Bir qəpik rüşvət alan, bir qəpik rüşvət verən, "rüşvət aldı" deyən namərddir, alçaqdır, vicdansızdır", - Zəfər Çağlayan bildirib.


AzNews.az