Hüseyn Dəryanın oğlu xəstəxanada - Fotolar

15 Mart 2014 12:58 (UTC+04:00)
Xəbər verdiyimiz kimi bu gecə keçirdiyi ağır qəzadan sonra Azərbaycanın məşhur reperi Hüseyn Dərya dünyasını dəyişib.

"Qafqazino" xəbər verir ki, hadisə barədə eşidən Hüseyn Dəryanın sənət dostları da xəstəxanaya axışıblar. Mərhumun keçmiş həyat yoldaşı və oğlu da hazırda oradadır.

Qeyd edək ki, Hüseyn Dərya bu gecə idarə etdiyi "99 EK 575" nömrə nişanlı Opel Astra markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşmüşdü. Bu gün səhər isə reper vəfat edib.

AzNews.az