Multikulturalizm siyasəti mövzusunda kitab

15 Mart 2014 13:19 (UTC+04:00)


"Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda" kitab nəşr edilib.

AzNews.az-ın məlumatına görə, fəlsəfə elmləri doktoru Rəna Mirzazadənin müəllifi olduğu kitabın elmi məsləhətçisi professor İlham Məmmədzadədir.

Kitabda Azərbaycan siyasətşünaslıq elmində ilk dəfə olaraq multikulturlizm siyasəti, Qərb-Şərq mədəni müxtəlifliyi Din və Gender Dioloqunda təhlil olunub, tarixi inkişaf mərhələlərində cinslərarası münasibətlərə mədəni, mənəvi aspektdə nəzər yetirilib, qloballaşma zəminində gender siyasəti və din məsələləri işıqlandırılıb. Müəllif yüksək əxlaqi keyfiyyətlər xəzinəsi olan İslam dünyagörüşünü gender ölçülərini izləməklə, Şərqlə Qərb arasında yerləşən Azərbaycan məkaninin özəl və özünəməxsus mənəvi dəyərlərini işıqlandırmaqla, Qərb-Şərq mədəni müxtəliflərindəki oxşar və fərqli cəhətlərini araşdırıb. Kitabda Multikulturallıq-Din-Gender Dialoqu "dünyasında" olan çarpazlaşma, qarşılaşma, bərabərləşmə, tarazlaşma, inteqrasiya və s. bu kimi qloballaşan proseslərdə həmin politoloji termin fenomenləri arasında olan "körpünü" və "savaşı" araşdırmağa cəhd edilir. Çoxrəngli mədəniliyin yeni dünya mənzərəsində müxtəlif "çalarlarının" oxşar və fərqliliyi Dövlətlərin Siyasi "palitrasındakı" olan görünüşü və ya reallığını analiz olunur.

Qeyd edək ki, Rəna Mirzəzadə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Politologiya və siyasi sosiologiya" şöbəsinin müdiridir. Respublikada elmin inkişafında göstərdiyi fəaliyyətə görə "Tərəqqi" medalı ilə təltif edilib.

AzNews.az